FUTBOL
"Əl-Nəsr" Ronaldonun əvəzinə Avropadan bu futbolçunu transfer etmək istəyir
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu portuqaliyalı hücumçu Kriştianu Ronaldo üçün əvəzləyici axtarışlarını davam etdirir.
Olimpnews.az xəbər verir ki, klubun əsas transfer hədəfi "Liverpul" un hücumçusu Luis Diazdır.
Kolumbiyalı forvard bu mövsüm "mersisaydlılar"ın heyətində 50 oyunda meydana çıxıb. Winger bütün turnirlər daxil keçirdiyi oyunlarda 17 qol vurub və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Kriştianu Ronaldo tezliklə "Əl-Nəsr" klubu tərk edəcək. Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanının digər təmsilçisi "Əl-Hilal"a keçəcəyi gözlənilir.
Paylaş :