VOLEYBOL
Millimizin Gümüş Avropa Liqası üçün yekun heyəti açıqlanıb
Azərbaycanın kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün yekun heyəti bəlli olub.
Bu barədə Olimpnews.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Baş məşqçi Fərid Cəlalov, köməkçiləri Akif Vəliyev və Cəlil Cəlilovla birlikdə 12 voleybolçuya şans verəcək.
Hücumçular: Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Vüsal Qurbanov.
Blokçular: Aslan Həmidov Mərdan Məmmədov, Dmitri Baranov, Ramazan Ağabəyov.
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou.
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov.
Qeyd edək ki, Azərbaycan millisi Gümüş Avropa Liqasında ilk oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektivin rəqibləri ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.
Paylaş :