FUTBOL
10 ölkə Dünya çempionatına vəsiqəni təmin etdi
ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə DÇ-2026-nın 48 komandasından 10-u artıq müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, bunlar Dünya Kubokunun ev sahibləri ABŞ, Kanada və Meksika ilə yanaşı, İran, Cənubi Koreya, Yaponiya, Argentina, Özbəkistan, İordaniya və Yeni Zelandiya kollektivləridir.
Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 11-dən iyulun 19-dək üç ölkədə keçiriləcək.
Paylaş :