FUTBOL
Oğlunu işsiz qoymayan ata
Madrid “Real”ından sonra işini Braziliya millisində davam etdirən Karlo Ancelotti məşqçilər korpusunu gücləndirir. Olimpnews.az İnsayder Fabrizio Romanonun sözlərinə istinadən xəbər verir ki, baş məşqçi oğlu Davide Ançelottini də məşqçilər heyətinə cəlb edib.
Qeyd edək ki, kiçik Ançelotti buna qədər "Bavariya", "Napoli", "Everton" və "Real"da atası ilə birlikdə çalışıb.
Paylaş :