ƏLBƏYAXA DÖYÜŞ NÖVLƏRİ
“UFC-də məni yerə sərən yeganə oğlan odur"
Ağır çəkidə UFC çempionu olan amerikalı Con Cons karyerası ərzində döyüşdüyü ən çətin rəqibinin adını çəkib. "Mənim ən yaxşı rəqibim Aleksandr Qustafsson olub. O, məni həqiqətən çətinliyə salıb. UFC-də məni yerə sərən yeganə oğlan odur", - deyə o, UFC Youtube səhifəsinə verdiyi müsahibədə qeyd edib.
Xatırladaq ki, Cons və Qustafsson indiyə qədər qəfəsdə iki dəfə qarşılaşıblar. 2013-cü ilin sentyabrında Qustafsson, 2018-ci ilin dekabrında isə Cons üçüncü raundda nokautla qalib gəlib.
Paylaş :