FUTBOL
Millimiz bu gün Bakıda Macarıstan yığmasını qəbul edəcək
Futbol üzrə milli komandamız bu gün növbəti yoldaşlıq oyununda gücünü sınayacaq.
Olimpnews.az xəbər verir ki, yığmamız Bakıda Macarıstan millisi ilə qarşılaşacaq.
"Liv Bona Dea Arena"da keçiriləcək oyunun start fiti saat 20:00-da səslənəcək.
Xatırladaq ki, Fernandu Santuşun komandası üç gün əvvəl Latviya millisi ilə yoldaşlıq oyununda qüvvəsini sınamışdı. Riqada keçirilən həmin oyunda hesab açılmamışdı.
Paylaş :