FUTBOL
Millimiz Macarıstana məğlub oldu
Futbol üzrə milli komandamız Bakıda yoldaşlıq oyunu çərçivəsində Macarıstan seçməsi ilə qarşılaşıb.
"Liv Bona Dea Arena"da keçirilən oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:2.
Qarşılaşmada bütün qollar ilk hissədə vurulub. Əvvəlcə macarıstanlı futbolçu Barnabaş Varqa 5-ci dəqiqədə hesabı açsa da, yığmamız iki dəqiqə sonra Renat Dadaşovun qolu ilə hesabı bərabərləşdirib. Lakin oyunun 33-cü dəqiqəsində Dominik Soboslai qonaqları hesabda irəli çıxarıb. Bu, oyunda vurulan son qol olub. Fernandu Santuşun komandası bununla da 10 oyundur ki, qələbə qazana bilmir.
Paylaş :