FUTBOL
Levandovski arzusuna çatdı - baş məşqçi istefa verdi
Futbol üzrə Polşa milli komandasının baş məşqçisi Mixael Probierz tutduğu vəzifəsindən istefa verib.
Olimpnews.az xəbər verir ki, buna yığmanın əsas heyət üzvü olan hücumçu Robert Levandovski ilə son günlər aralarında yaşanan gərginlik səbəb olub.
Qeyd edək ki, Robert Levandovski M.Probierz tərəfindən kapitanliqdan məhrum edildiyinə görə bir daha milli komandada iştirak etməyəcəyini açıqlamışdı.
Paylaş :