FUTBOL
Niko Uliyams "Barselona"da oynamaq istəyir
"Bayer Münhen" klubunun ardından "Barselona" klubu da Niko Uilyamsın transferi üçün hərəkətə keçib.
Olimpnews.az xəbər verir ki, kataloniyalıların idman direktoru Deku bu gün Barselonada futbolçunun agenti ilə görüş keçirib. Futbolçu özü də başqa klublardan təkliflər gəlməsinə baxmayaraq karyerasını "Barselona"da davam etdirmək istəyir. 23 yaşlı futbolçu bunun üçün hətta agenti tərəfindən keçən il razılaşdırılmış illik 12 milyon maaş təklifini də qəbul etməyə razıdır.
Qeyd edək ki, futbolçunun sərbəstqalma dəyəri 58 milyon avrodur.
Paylaş :