FUTBOL
İnzagi "Palermo"nun baş məşqçisi təyin edildi
Filippo İnzagi İtaliya B seriyasında çıxış edən "Palermo" klubunun yeni baş məşqçisi təyin edilib.
Olimpnews.az football-italia.net-ə istinadən xəbər verir ki, "Palermo" İnzaginin məşqçilik karyerasında rəhbərlik etdiyi doqquzuncu klub olacaq. 52 yaşlı mütəxəssisin tərcümeyi-halında "Milan", "Venesiya", "Bolonya", "Benevento", "Breşiya", "Recina", "Salernitana" və "Pisa" klublarının adı var.
Qeyd edək ki, İnzaginin sonuncu klubu məhz "Pisa" komandası olub.O, "Pisa" nı 2024/25 mövsümündə B seriyasında ikinci yerə çıxarıb. "Palermo" klubunun rəhbərliyi məşqçinin azad agent olması üçün "Pisa" klubuna 1 milyon avro təzminat ödəyəcək.
Paylaş :