FUTBOL
Messi baxımlı qolla "İnter Mayami"yə qələbə qazandırdı
"İnter Mayami" klubu ABŞ-da keçirilən futbol üzrə Klublararası dünya çempionatında ilk qələbəsini qazanıb.
Olimpnews.az xəbər verir ki, Xavyer Maskeranonun baş məşqçisi olduğu kollektiv A qrupunun ikinci turunda Portuqaliyanın "Portu" klubuna 2:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı avropalılar açıb. Samu Agehova 8-ci dəqiqədə fərqlənməklə "Portu" azarkeşlərini erkən qolla sevindirib. Lakin ABŞ təmsilçisi ikinci hissədə ardıcıl iki qol vuraraq qələbə qazanmağa müvəffəq olub. Əvvəlcə Telasko Seqovia 47-ci dəqiqədə hesabı bərabərləşdirib. Oyunun 54-cü dəqiqəsində isə Lionel Messi cərimə zərbəsindən baxımlı qol vuraraq yekun hesabı müəyyənləşdirib.
Beləliklə, iki oyundan sonra "Palmeyras" və "İnter Mayami" klubları 4 xalla A qrupunda birinci, ikinci yerləri bölüşürlər. "Portu" və "Əl-Əhli" klubları isə bir xalla müvafiq olaraq, üçüncü, dördüncü pillələrdə qərarlaşıblar.
Paylaş :