FUTBOL
İnzagi onu da özü ilə aparmaq istəyir
Səudiyyə Ərəbistanının ""Əl-Hilal" klubu İtaliyanın "İnter" komandasının müdafiəçisi Alessandro Bastoni üçün təklif gondərib.
Olimpnews.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ərəblərin transfer təklifini rədd edib.
Qeyd edək ki, Bastoninin transferini məhz "Əl-Hilal" klubunun yeni baş məşqçisi Simone İnzagi rəhbərlikdən istəyib. O, italiyalı müdafiəçinin yenidən sərəncamında görmək istəsə də Bastoni bu təklifi qəbul etməyib.
Paylaş :