FUTBOL
Klublararası dünya çempionatı: "Atletiko" mübarizəni dayandırdı
İspaniyanın “Atletiko” klubu ABŞ-da keçirilən Klublararası dünya çempionatında mübarizəni dayandırıb.
Olimpnews.az xəbər verir ki, Madrid təmsilçisi B qrupunun sonuncu oyununda Braziliyanın "Botofoqo" klubuna minimal hesabla (1:0) qalib gəlsə də bu mərhələ adlamaq üçün yetərli olmayıb. Madridlilərin heyətində yeganə qolun müəllifi 87-ci dəqiqədə fərqlənən Antuan Qrizman olub. Beləliklə, bu nəticələrdən sonra “Botafoqo” və “Atletiko” komandaları hərəyə 6 xal toplasalar da, top fərqinə görə braziliyalılar ikinci yerin sahibi kimi pley-offa adlayıb. Üçüncü olan Madrid təmsilçisi isə çempionatda mübarizəni dayandırıb. Bu qrupun digər iştirakçısı PSJ (Fransa) isə 6 xalla çempion kimi növbəti mərhələyə yüksəlib.
Paylaş :