FUTBOL
Ansu Fati Monakoda
İspaniyanın "Barselona" klubunun cinah hücumçusu Ansu Fati karyerasını Fransa Liqa 1-də davam etdirəcək.
Olimpnews.az xəbər verir ki, 22 yaşlı futbolçu icarə əsasında "Monako" klubuna keçib. Müqaviləyə satınalma bəndi də daxildir.
İspaniyalı futbolçu bu həftə tibbi müayinələrdən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, futbolçu almaniyalı baş məşqçi Hansı Flikin gəlişindən sonra əsas heyətdə özünə yer tapa bilmirdi.
Paylaş :