FUTBOL
Klublararası dünya çempionatının E qrupunda mübarizə başa çatdı
Futbol üzrə klublararası dünya çempionatında E qrupunun oyunlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki qrupun digər oyununda Meksikanın "Monterrey" və Yaponiyanın "Urava Reds" komandaları qarşılaşıb. Oyun Şimali Amerika təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Monterrey"in heyətində Nelson Deozza (30), German Berterame (34, 90+7) və Xesus Karona (39) fərqlənib.
Bu nəticədən sonra Meksika təmsilçisi 5 xalla qrupu ikincisi kimi pley-offa yüksəlib. "Urava Reds" isə keçirdiyi hər üç oyunda məğlub olaraq turnirlə vidalaşıb.
Qrupun lideri isə 7 xal toplayan İtaliyanın "İnter" komandası olub. Aktivində 4 xalı olan "River Plyet" isə üçüncü yeri tutaraq qrupda qalıb.
Paylaş :