FUTBOL
"Mançester Siti" "Yuventus"u darmadağın edərək qrupu lider kimi tamamladı
Futbol üzrə klublararası dünya çempionatında G qrupunun oyunları keçirilir.
Olimpnews.az xəbər verir ki, günün maraqla gözlənilən oyunu "Yuventus" və "Mançester Siti" klubları arasında keçirilib. Oyun "şəhərlilər"in böyükhesablı qələbəsi ilə yekunlaşıb -5:2.
Oyunda hesabı 9-cu dəqiqədə Ceremi Doku açıb. Lakin iki dəqiqə sonra Teun Kopmeiners tarazlığı bərpa edib.
Qarşılaşmanın 26-cı dəqiqəsində Pierre Kalululunun avtaqolu sayəsində İngiltərə təmsilçisi yenidən hesabda önə keçib. Matçın ikinci hissəsi "qoca sinyora" üçün əsl cəhannəmə çevrilib. Belə ki, əvvəlcə Erlinq Haland (52), ardınca isə Fil Foden (69) və Savinyo (75) fərqlənərək hesabdaki üstünlüyü dörd topa çatdırıblar. Qarşılaşmanın 86-cı dəqiqəsində Duşan Vlahoviç Turin təmsilçisinin təsəlli qollarından birini vurub. Oyund başq qol olmayıb və matç Pep Qvardiyolanın komandasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə sayəsində xallarının sayını 9-a çatdıran "şəhərlilər" maksimum nəticə ilə 1/8 finala vəsiqə qazanıb.
Turin təmsilçisi isə 6 xalla qrup ikincisi kimi pley-offda mübarizə aparacaq.
Paylaş :