FUTBOL
"Mançester" komandaları razılıq əldə edə bilərlər
Yanvar ayında “Mançester Siti”yə keçən müdafiəçi Abdukodir Xusanov son vaxtlar heyətdən kənarda qalır.
Olimpnews.az xəbər verir ki, Özbəkistanlı futbolçu klublararası dünya çempionatında cəmi bir matçda meydana çıxıb. “Scout in Eurasia”nın məlumatına görə, “Mançester Yunayted” 21 yaşlı Xusanovu izləyir. Bunun üçün onlar "şəhərlilər"ə təklif göndərməyə hazırlaşır. Qeyd olunur ki, “Mançester Siti” ən pis halda Xusanovu icarəyə verə bilər. Transfermarkt portalı Abdukodir Xusanovu 35 milyon avro ilə qiymətləndirir.
Paylaş :