VOLEYBOL
Yardımlıda voleybol üzrə rayon turniri keçirilib
Yardımlı İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 31-ci ildönümünə həsr olunmuş böyüklərdən ibarət komandalar arasında voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib.
Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə 8 komanda mübarizə aparıb. Bütün rəqiblərdən üstün olan Yardımlının Horavar kənd komandası yarışda birinci yeri tutub. II yeri isə rayonun Qaraqaya kənd komandası qazanıb. Qalib komandalar kubok və diplomlarla təltif olunublar.
Paylaş :