DİGƏR NÖVLƏR
Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Bakıda elmi-praktik təlim keçib
Böyük Britaniyanın University College London (UCL) universitetinin professoru, Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, İdman tibbi üzrə Avropa standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Pol Luzmor tərəfindən “İdman tibbində çiyin zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlim keçirilib.
Olimpnews.az xəbər verir ki, təlimin məqsədi idmançılarda rast gəlinən çiyin zədələnmələri və disfunksiyalarının yaranma səbəblərinin araşdırılması, onların düzgün diaqnostikasının aparılması və reabilitasiya prosesinin səmərəli şəkildə təşkili yollarının öyrənilməsi olub.
Elmi-praktik təlimdə Azərbaycan Cüdo Federasiyası, Azərbaycan Tibb Universiteti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müxtəlif tibb müəssisələrinin həkimləri və Azərbaycan İdman Akademiyasının əməkdaşları iştirak ediblər.
Paylaş :