FUTBOL
"Liverpul"un futbolçusu tarixə düşə bilər - FOTO
Londonun “Arsenal” klubu “Liverpul”un futbolçusu Olivia Smiti 1 milyon funt sterlinqə (1,16 milyon avro) transfer etməyə hazırlaşır.
Olimpnews.az “The Guardian”a istinadən xəbər verir ki, razılaşma əldə olunsa bu transfer qadın futbolunda ən bahalı keçid kimi rekordla yadda qalacaq.
Qeyd edək ki, hücum xəttindən yer alan Oliviyanın 20 yaşı var. O, 2024-cü ildən “Liverpul”da çıxış edir. Olivia "mersisaydlılar" heyətində debüt mövsümündə Super Liqasının 20 matçında 7 dəfə rəqib qapasına yol tapıb.
Məlumat üçün bldirək ki, “Liverpul” Kanada millisinin üzvü üçün 250 min funt-sterlinq ödəmişdi.
Paylaş :