FUTBOL
İngiltərəli hücumçunun iki seçimi var
"Lester"i azad agent statusunda tərk edən ingiltərəli hücumçu Ceymi Vardi üçün iki klub hərəkətə keçib.
Olimpnews.az "Fichajes"in yaydığı məlumata istinadən xəbər verir ki, 38 yaşlı futbolçu ilə "Valensiya" və "Sanderlend" klubları yaxından maraqlanır.
Xatırladaq ki, Ceymi Vardi ötən mövsüm Premyer Liqada 35 matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Paylaş :