FUTBOL
"Beşiktaş"dan növbəti transfer
Yay transfer pəncərəsində fəallığı ilə seçilən Türkiyənin "Beşiktaş" klubu daha bir futbolçunun transferini açıqlayıb.
Olimpnews.az klubun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, daha əvvəl "Benfika"dan Orkun Kökcünü heyətinə cəlb edən "qara qartallar" bu dəfə "Sautgempton"dan Kyle Walker-Pestersin transferini tamamlayıb. Türkiyə təmsilçisi uzun müddətdir ki, Premyer Liqada uğurlu mövsüm keçirən 28 yaşlı ingiltərəli futbolçu ilə razılığa gəldiklərini açıqlayıb.
Futbolçu sabah müqavilə imzalamaq üçün İstanbula gələcək.
Paylaş :