FUTBOL
Hakan Çalhanoğlu "Fənərbağça"ya gəlir?
Türkiyənin “Fənərbağça” klubu İtaliyanın “İnter” klubunda forma geyinən Hakan Çalhanoğlu ilə maraqlanır.
Olimpnews.az xəbər verir ki, klub artıq türkiyəli furbolçu üçün danışıqlara başlayıb. Hətta “sari-lacivərdlilər”in prezidenti Ali Koç birbaşa futbolçuya zəng edib.
Qeyd edək ki, 31 yaşlı futbolçunun özü də karyerasını Türkiyədə davam etdirməkdə maraqlıdır.
Paylaş :