OLİMPİYA DÜNYASİ
Skopye-2025-də növbəti qızıl medal
Azərbaycan komandasının daha bir cüdoçusu XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazanıb.
Olimpnews.az xəbər verir ki, bu uğura -44 kq çəki dərəcəsində mübarizə aparan Gülşən Hüseynova nail olub.
Mübarizəyə 1/4 final mərhələsindən başlayan cüdoçumuz ardıcıl olaraq Sara Coni (Böyük Britaniya) və Livanur Kayıra (Türkiyə) qalib gələrək finala vəsiqə əldə edib. Həlledici görüşdə israilli Yuval Qabayı da üstələyən Avropa çempionatının bürünc medalçısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün daha bir cüdoçumuz Rəsul Əlizadə (-55 kq) də final görüşünə çıxacaq.
Paylaş :