07:50 25-07-2025
60
Skopye-2025: Beşinci yarış gününün GÜNDƏLİYİ
Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının beşinci yarış gününə start veriləcək.
Olimpnews.az xəbər verir ki, yarışların beşinci günündə Azərbaycan komandası 6 (cüdo, taekvondo, üzgüçülük, atletika, idman gimnastikası, atıcılıq) idman növündə mübarizə aparacaq.
Fərdi yarışlarda qüvvəsini sınayacaq 10 idmançımızla yanaşı, güllə atıcılığı (duet HİT/MİSS) yarışlarında da komandamız mübarizə aparacaq.
İdmançılarımızın bu günkü yarış proqramını təqdim edirik:
25 iyul
09:00. Taekvondo (oğlanlar), 73 kq
İdmançı: Enes Duşku (Monteneqro) - Yunis Hüseynov (Azərbaycan)
Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti
09:00. Üzgüçülük (qızlar), təsnifat yarışı, I seçmə mərhələ
İdmançı: Mehri Əbdürrəhmanlı (50 m sərbəst üsul)
İdmançı: Vlastilina Xasyanova (50 m sərbəst üsul)
Məkan: Skopye Olimpiya Üzgüçülük Mərkəzi
09:40. Üzgüçülük (oğlanlar), təsnifat yarışı, I seçmə mərhələ
İdmançı :Amin Oruclu (400 m kompleks üzmə)
Məkan: Skopye Olimpiya Üzgüçülük Mərkəzi
09:48. Taekvondo (oğlanlar), +73 kq
İdmançı: Nikola Vitkoviç (Serbiya) - Elcan Əliyev (Azərbaycan)
Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti
09:50. Güllə atıcılığı (duet HİT/MİSS)
İdmançı: Oleq Kerjankin, Leyli Əliyeva (pnevmatik tapança,10 m)
Məkan: “Partizan” idman zalı
11:00. Atletika (oğlanlar),təsnifat mərhələsi, B qrupu
İdmançı: Əmir İsmayılov (Uzunluğa tullanma)
Məkan: Todor Proeski milli stadionu
11:00. Cüdo (qızlar), +70 kq
İdmançı: Mixaela Hoellvart (Avstriya) -Zemfira Əliyeva (Azərbaycan)
Məkan: Yan Sandanski İdman Mərkəzi
11:10. Cüdo (oğlanlar), +90 kq
İdmançı: Sübhan Axundov
Məkan: Yan Sandanski İdman Mərkəzi
14:30. İdman gimnastikası (qızlar), final mərhələsi
İdmançı: Albina Əliyeva (dayaqlı tullanma)
Məkan: “Qradski Vrt” yarış zalı (Osiek, Xorvatiya)
18:35. Atletika (oğlanlar), final mərhələsi
İdmançı: Toğrul Şahtahtinski (çəkicatma)
Məkan: Todor Proeski milli stadionu