OLİMPİYA DÜNYASİ
Azərbaycan Skopye-2025-də 9-cu medalını qazandı
Azərbaycan cüdoçusu Sübhan Axundov XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında bürünc medal qazanıb.
Olimpnews.az xəbər verir ki, +90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada çexiyalı Meliçar Skoda ilə qarşılaşıb. Həlledici görüşdə rəqibinə qalib gələn cüdoçumuz fəxri kürsünün üçüncü pilləsinə layiq görülüb.
Bununla da Azərbaycan komandasının festivalda qazandığı medalların sayı 9-a (3 qızıl, 3 gümüş, 3 bürün) çatıb.
Qeyd edək ki, bu gün mübarizə aparan komandamızın digər üzvü Zemfira Əliyeva (+70 kq) isə ilk mərhələdə məğlub olaraq yarışları mükafatsız başa vurub.
Paylaş :