FUTBOL
Reşford Kukurellanı təəcübləndirib
"Çelsi"nin sol cinah müdafiəçisi Mark Kukurella Markus Reşfordun "Barselona"ya keçidi xəbərindən təəccübləndiyini etiraf edib. "Raşfordun "Barselona"ya gedəcəyini eşidəndə çox təəccübləndim. Bunu gözləmirdim. O, çox yeni komanda üçün faydalı ola bilər. Çünki o, Premyer Liqanın yüksək tempinə öyrəşib. Nə olacağını isə birlikdə görəcəyik", - "Barca Universal" Kukurellanın sözlərindən sitat gətirib. Qeyd edək ki, Kataloniya klubu ingilis vingeri "Mançester Yunayted"dən icarəyə götürüb.
Paylaş :