FUTBOL
Madriddən Mayamiyə
Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Rodriqo de Paul Mayami "İnter"inə keçib.
Olimpnews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun keçidi 15 milyon avroya başa gəlib. O, Amerika klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Rodriqo de Paul 2021-ci ilin iyulundan "Atletiko"da çıxış edir. Bu vaxta qədər o, bütün yarışlarda 187 oyunda 14 qol və 26 məhsuldar ötürmə müəllifi olub.
Paylaş :