FUTBOL
Çempionu əməlli-başlı cərimələdilər
UEFA-nın Nəzarət və İntizam Qurumu (CEDB) Çempionlar Liqasının finalında “İnter”lə oyunundan sonra PSJ-ni 148 min avro məbləğində cərimələyib.
Olimpnews.az xəbər verir ki, Paris klubu futbol meydançasına çıxan və atəşfəşanlıq edən azarkeşlərə görə 100 min avro cərimələnib. Bu qayda pozuntusuna görə Fransa təmsilçisinə UEFA turnirlərində növbəti səfər matçı üçün azarkeşlərinə ikiillik sınaq müddəti ilə bilet satmaq da şərti olaraq qadağan edilib. Bundan əlavə, PSJ azarkeşlərin meydançaya kənar əşyalara atmasına görə (30 min avro), idman tədbirinə uyğun olmayan mesaj ötürdüyünə və UEFA-nı nüfuzdan saldığına görə (10 min avro) və ziyan vurduğuna görə (8 min avro) cərimələnib. Xatırladaq ki, PSJ - "İnter" matçı mayın 31-də keçirilib. Oyun Paris klubunun 5:0 hesablı qələbəsilə yekunlaşıb.
Paylaş :