FUTBOL
UEFA Çempionlar Liqası: "Qarabağ" Şimali Makedoniyadan qələbə ilə qayıdır
"Qarabağ" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.
Olimpnews.az xəbər verir ki, Ağdam təmsilçisi Şimali Makedoniyada yerli "Şkendiya" klubu ilə üz-üzə gəlib. Skopyedəki Todor Proeski Arenada keçirilən oyun Qurban Qurbanovun komandasının minimal hesablı səfər qələbəsi ilə yekunlaşıb -0:1. Oyunda vurulan yeganə qolun müəllifi matçın 18-ci dəqiqəsində penaltidən fərqlənən Toral Bayramov olub. Beləliklə, "köhlən atlar" mərhələ adlamaq üçün səfərdən mühüm qələbə ilə qayıdır.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Paylaş :