FUTBOL
Konfrans Liqasi": "Araz-Naxçıvan" Bakıda böyük hesabla məğlub oldu
Azərbaycanın “Araz-Naxçıvan” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Olimpnews.az xəbər verir ki, komandamız Bakıda, "Liv Bona Dea Arena"da Kiprin "Omonia" klubu ilə qarşılaşıb.
Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Liv Bona Dea Arena”da keçirilən görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı 13-cü dəqiqədə Loizos Loizu açıb. O, 9 dəqiqə sonra özünün və komandasının ikinci qolunu vurub. Qarşılaşmanın 55-ci dəqiqəsində Evandro, üç dəqiqə sonra isə Stefan Yovetiç fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu bir həftə sonra səfərdə təşkil olunacaq.
Paylaş :