FUTBOL
Milllimiz dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayır
Bu gün futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayır.
Olimpnews.az xəbər verir ki, D qrupunda qərarlaşan komandamız Reykyavikdə İslandiya yığması ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 22:45-də start götürəcək qarşılaşma “Lauqardalsvöllur” stadionunda baş tutacaq. Oyunu niderlandlı hakim Sander van der Eyk idarərə edəck.
Bu qrupun digər oyunu isə Ukrayna və Fransa milliləri arasında olacaq.
Paylaş :