BOKS
“İdman hamı üçün” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Cəlilabadda “İdman hamı üçün” layihəsi çərçivəsində boks idman növü üzrə açıq havada kütləvi idman tədbiri keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə 45 nəfər idmançının iştirak edib. Şəhərdəki Heydər Əliyev Seyrəngahında baş tutan tədbirin təşkilatçısı Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi olub. Tədbir şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Paylaş :