BASKETBOL
LeBron gözləyir, "Leykers" isə susur
Şimali Amerikanın nüfuzlu idman saytı "Bleacher Report" LeBron Ceyms və "Los Anceles Leykers" arasındakı müqaviləni təhlil edib. Məlum olub ki, 40 yaşlı basketbolçu 2025-2026 mövsümü üçün müqaviləsini uzatmaq imkanından yararlanmaq qərarına gəlib.
"LeBronun 23 illik karyerasında ilk dəfədir ki, o, başa çatan müqavilə ilə oynayacaq. Nəzərə alsaq ki, LeBron mahiyyətcə müasir danışıqlar qaydalarını və əlverişli şərtlər əldə etmək üçün öz mövqeyindən istifadə etmək bacarığını yaradıb. O, açıq-aydın müddətin uzadılmasını istəyir. "Leykers" isə susur", - deyə məqalədə deyilir.
Paylaş :