FUTBOL
Misli Premyer Liqası: "Sabah"dan minimal hesablı qələbə
Futbol üzrə Misli Premyer Liqasında X turun oyunlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, turun bağlanış oyununda "Sabah" klubu "Bank Respublika Arena"da "Qəbələ"ni qəbul edib. Oyun paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Meydan sahiblərinin yeganə qolunun müəllifi 28-ci dəqiqədə fərqlənən Stiv Solvet olub. Qələbə sayəsində xallarının sayını 18-ə çatdiran "bayquşlar" turnir cədvəlində dördüncü pilləyə yüksəlib. "Qəbələ" isə 5 xalla onuncu pillədə yer alıb.
Paylaş :