FUTBOL
"Fiorentina" baş məşqçi ilə yollarını ayırdı
İtaliyanın "Fiorentina" klubun rəhbərliyi baş məşqçi Stefano Pioli ilə yollarını ayırıb.
Olimpnews.az xəbər verir ki, buna klubun bu mövsüm göstərdiyi qeyri-stabil oyunlar və uğursuz nəticələr səbəb olub. 60 yaşlı italyalı mütəxəssis bu mövsüm A seriyasında 1 qələbə belə qazana bilməyib. Komanda 10 tur sonrası 4 xalla 20-ci pillədə yer alıb.
Paylaş :