FUTBOL
Hendrik qışı gözləyir
Madrid "Real"ının hücumçu Hendrik qış transfer pəncərəsində klubu tərk edəcək.
Olimpnews.az xəbər verir ki, "Lequipe" jurnalistlərinin verdiyi məlumata görə, 19 yaşlı futbolçu karyerasını "Lion"da davam etdirmək niyyətindədir.
Qeyd edək ki, hücumçu ötən il "Real"a keçsə də, əsas heyətdə yer almayıb. "Transfermarkt" onun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Paylaş :