FORMULA 1
Superavtomobil Las Veqasda öz alıcısına qovuşdu - FOTO
«Gordon Murray Special Vehicles» şirkətinin istehsalı olan S1 LM superavtomobili Formula 1 üzrə Las Veqas Qran-Prisi zamanı keçirilən «RM Sothebys» hərracında alıcısını tapıb.
Olimpnews.az xəbər verir ki, məşhur mühəndis Qordon Murray tərəfindən itsehsal olunan avtomobil 20,6 milyon dollara satılıb. Görünüşünə görə «McLaren F1»ə bənzəyən avtomobil cəmi 957 kq ağırlığında olmaqla, 700 at gücünə malik 4,3 litrlik «Cosworth V12» mühərriki ilə təchiz olunub.
Paylaş :