OLİMPİYA DÜNYASİ
Növbəti qızıl medal üçün 24 il gözlədilər
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının qadınlar arasında fiqurlu konkisürmə yarışları başa çatıb. Olimpnews.az xəbər verir ki, ABŞ təmsilçisi Alisa Liu 24 ildən sonra ölkəsinə qızıl medal qazandırıb.
O, qısa və sərbəst proqramları üçün hakimlərdən ümumilikdə 226,79 bal (qısa proqramda 76,59, sərbəst proqramda isə 150,20) bal qazanıb.
Məlumat üçün bildirək ki, ABŞ sonuncu dəfə bu idman növündə çempionluğu 2002-ci ildə Solt-Leyk Siti Olimpiadasında Sara Hyuzla əldə etmişdi.
Paylaş :