VOLEYBOL
Yüksək Liqasında yarımfinal mərhələsinə start verilir
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Mərhələnin ilk oyunu "Murov Az Terminal" "Xilasedici" komandaları arasında olacaq. Saat 16:00-da başlayacaq qarşılaşma Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında təşkil olunacaq. Bu oyundan sonra saat 18:00-da həmin arenada "Ordu" "Neftçi" komandaları meydana çıxacaq. Bu Komandalar arasında ikinci matçlar isə aprelin 14-də təşkil olunacaq.
Paylaş :