Avropa Güləş Federasiyasının prezidenti vəfat etdi

Avropa Güləş Federasiyasının prezidenti vəfat etdi

Avropa Güləş Federasiyasının (UWW-EU) prezidenti Tseno Tsenov uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. Güləşin inkişafında böyük xidmətləri olan mərhum xüsusən 2013-cü ildə bu idman növünün Olimpiadanın proqramında qalmasında böyük əmək sərf etmişdi.
Qeyd edək ki, Sofiya Universitetinin Tarix və Arxitektura fakültəsini bitirən T.Tseno baş katib, vitse-prezident və prezident vəzifələrində çalışmaqla yanaşı, 1978-ci ildən köhnə adı Avropa Güləş Şurası olan qurumun İcraiyyə Komitəsinin üzvü olub. 1996-cı ildən isə bu quruma başçılıq edib. Təcrübəli güləş mütəxəssisi 7 dəfə bu qurumun prezident seçkilərində qalib gəlib. T.Tsenov həmçinin 2002-ci ildən Dünya Güləş Birliyinin (UWW) Büro üzvü idi.
Azərbaycan Güləş Federasiyası bu ağır itkidən kədərləndiyini bildirərək mərhumun ailə üzvlərinə, Bolqarıstan Güləş Federasiyasına, Avropa Güləş Federasiyasına və Dünya Güləş Birliyinə başsağlığı verib.