"Benfika"dan gözlənilməz məğlubiyyət

"Benfika"dan gözlənilməz məğlubiyyət

Portuqaliya Premyer Liqasının 28-ci turunda "Benfika" doğma meydanda "Santa Klara"nı qəbul edib. Qarşılaşmada ümumilikdə yeddi qol vurulub. Qonaqlar son dəqiqə qolu ilə Lissabon təmsilçisini məğlub edib.
Qeyd edək ki, Turnir cədvəlinə 67 xalı olan "Porto" başçılıq edir. Son oyunda məğlub olan "Benfika" 64 xalla ikinci pillədə qərarlaşıb. Aktivində 49 xal olan "Sportinq" ilk üçlüyü tamamlayır.
"Benfika" - "Santa Klara" 3:4
Qollar: Rafa, 50, Karlos, 63, 65; Anderson, 44, Sanusi, 57, Kryzan, 82, Ze Manuel, 90