Kanada Qran-Prisi oktyabrda keçiriləcək

Kanada Qran-Prisi oktyabrda keçiriləcək

Formula 1 Kanada Qran-Prisi oktyabrda keçirilə bilər.
İyunun 14-də keçirilməsi nəzərdə tutulan yarış koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salınmışdı. Yarışın təşkilatçıları yürüşü oktyabrın 11-də keçirmək istəyirlər. Kanada mərhələsinin Soçi Qran-Prisindən sonra ABŞ və Meksika yürüşlərindən əvvəl təşkili nəzərdə tutulub.
Qeyd edək ki, çempionatın rəhbərliyi də Kanada Qran-Prisinin keçirilməsində maraqlıdır.