Bundesliqa təmsilçisində yeni baş məşqçi

Bundesliqa təmsilçisində yeni baş məşqçi

“Hamburq” futbol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Klubun yeni məşqçisi vəzifəsinə Daniel Tiun təyin edilib. “Hamburq” yeni mütəxəssislə iki illik müqavilə imzalayıb və məşqçinin keçmiş klubuna 300 min avro kompensasiya ödəyib.

Qeyd edək ki, Daniel Tiun bir müddət əvvəl “Hamburq” komandasında cəmi bir mövsüm işləyən Diter Hekkinqi əvəzləyib.