Formula 1 üzrə Bəhreyn Qran-Prisində dəhşətli qəza qeydə alınıb. Yarış zamanı “Hass” komandasının fransalı pilotu Romeyn Qrosjan böyük qəza keçirib. Yarışın başlamasından bir az sonra fransalı pilot idarəetməni itirərək yolun kənarındakı baryerlərə çırpılıb. Qəza nəticəsində bolid iki yerə bölünüb, pilot isə son anda avtomobildən çıxaraq, alovların arasından özünü xilas edib. Dəhşətli qəzadan ağır xəsarətlər almadan xilas olan 34 yaşlı pilot daha sonra helikopterlə xəstəxanaya çatdırılıb.
Bəhreyn Qran-Prisində dəhşətli qəza: pilot son anda boliddən sağ çıxdı