AİJA “ilin ən yaxşı”larını fərqləndirdi

AİJA “ilin ən yaxşı”larını fərqləndirdi

Bir neçə gün əvvəl 25 yaşını qeyd edən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilin yekunlarına həsr olunmuş muxtəlif nominasiyaları açıqlayıb. Qurumun rəhbəri Eldar İsmayılov həmkarlarımıza müraciət edərək, onlara öz ürək sözlərini ünvanlayıb. Muraciətdə bildilir:

“Əziz həmkarlarımız, məsləkdaşlarımız! 2020-ci il ölkəmizin tarixində acılı-şirinli izlərlə yadda qalacaq. Bəşəriyyətə meydan oxuyan koronavirus (Covid-19) pandemiyası həyatımızın bütün sahələrində olduğu kimi idmanda da ağlasığmaz məhdudiyyətlərə səbəb olub. Bununla belə, ara-sıra milli və beynəlxalq yarışlar keçirilmiş, onlayn görüşlər, konfranslar təşkil edilmişdir. Mediamız ölkə, qitə və dünya miqyasındakı bu olaylara seyrçi qalmamış, idman həvəskarlarını intizarda saxlamamış, həm ölkə, həm də dünyada Olimpiya hərəkatı və idmanının pandemiya dövründə vəziyyəti, baş verən mühüm hadisələr barədə maraqlı çıxışlara geniş yer vermişdir. Elə müstəqil idman yazarlarımız da var ki, onlar saytlar, sosial media üzərindən daha çox faydalı informasiyalar paylaşaraq bu sahədə boşluğu doldurmağa çalışırlar.

2020-ci il Azərbaycan üçün 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz, 30 ilə yaxın erməni işğalında olan doğma Qarabağ torpaqlarımızın azad edilməsi ilə olduqca əlamətdardır və ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılmışdır. Bu böyük qələbədə jurnalistlərimizin, digər yaradıcı insanların, o cümlədən idman yazarlarımızın da xüsusi rolu olmuşdur. Odur ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 25 yaşının tamam olduğu yubileyi ilində ənənəvi qalib nominasiyalarını bu dəfə fərqli təqdim edir”.

VƏTƏN MÜHARİBƏSİNDƏ ÖN CƏBHƏDƏ ŞÜCAƏT GÖSTƏRMİŞ İDMAN MEDİASI ƏMƏKDAŞLARI

Süleyman Vəliyev (CBC SPORT)

Xəyal Sadıqov (CBC SPORT)

Mehman Əşrəfov (sportal.az)

Daşqın Əziz (offsideplus.az)

Mahal Məmmədov Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Vüsal Qurbanov (ATV)

Emin Səfərov (qafqazinfo.az)

Şəhid Ülvi Məmmədovun atası, komanda.az saytının yazarı Vüqar Məmmədov xüsusi diplomla təltif edilir.

 

2020-Cİ İLİN İDMAN LAUREATLARI

İLİN İDMAN JURNALİSTİ

Anar İsgəndərov (Şəbanoğlu) Müstəqil jurnalist

İLİN İDMAN TELEJURNALİSTİ

İlkin Xəlilov (Fikrətoğlu) ATV

İLİN TELEAPARICISI

Əminə Kazımova

(CBC SPORT)

İLİN TELEŞƏRHÇİSİ

Rüstəm Əfsərli (CBC SPORT)

İLİN RADİO JURNALİSTİ

İlkin Baba (Azərbaycan Radiosu)

İLİN MƏTBUAT KATİBİ

Elmar Abdullazadə (“Zirə” Futbol Klubu)

İLİN İDMAN FOTOREPORTYORU

Rüstəm Fərman İsmayılov (azpress.az)

İLİN İDMAN İNFORMASİYA AGENTLİYİ

Azərbaycan Dövlət İnformasiya Agentliyi - AzərTAC

İLİN İDMAN TELEKANALI

İTV

İLİN İDMAN RADİOSU

Azərbaycan Radiosu

İLİN İDMAN QƏZETİ

“Futbol+”

İLİN İDMAN SAYTI

qol.az

İLİN İDMAN KİTABI

“Şuşalı laynsman Tofiq Bəhramov”, Müəllif Əbülqasım Novruzov, Bakı – 2020, “Avropa” Nəşriyyatı

İLİN İDMAN XADİMİ

Fariz Nəcəfov “Qəbələ” Futbol Klubunun prezidenti, Vətən müharibəsinin könüllü iştirakçısı

İLİN İDMANÇISI (qadınlar)

1. İrina Kindzerska (cüdo) Avropa çempionatı, gümüş medal

2. Zöhrə Ağamirova (bədii gimnastika) Avropa çempionatının finalçısı

3. İrina Zaretska (karate)

Beynəlxalq turnirin qalibi (kişilər)

1. Orxan Səfərov cüdo Avropa çempionu

2. Tayfur Əliyev (boks) Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb 3. İslambek Dodov (güləş) Fərdi Dünya Kuboku, gümüş medal

İLİN KOMANDASI

Bədii gimnastika üzrə milli komanda Avropa çempionatı, gümüş medal

İLİN MƏŞQÇİSİ

Mariana Vasilyeva Bədii gimnastika, millinin baş məşqçisi

İLİN İDMAN QURĞUSU

Türkiyənin “Başakşəhər Fatih Terim” stadionu