Rusiya yığması yarışda federasiyanın bayrağı altında yarışacaq

Rusiya yığması yarışda federasiyanın bayrağı altında yarışacaq

Həndbol üzrə Rusiya yığması qarşıdakı dünya çempionatında yerli federasiyanın bayrağı altında mübarizə aparacaq. Bu barədə TASS-a qurumun Mətbuat xidmətindən bildirilib.

Bu addım İdman Arbitraj Məhkəməsinin (CAS) Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyaya verdiyi 2 illik diskvalifikasiya qərarını təsdiqləməsindən sonra atılıb.

Rusiya idmançıları 2022-ci il dekabrın 16-dək olimpiada və dünya çempionatlarında ölkənin bayrağı və himni olmadan çıxış etməlidirlər.

Qeyd edək ki, həndbol üzrə dünya çempionatı 2021-ci il 14 - 31 yanvarda Misirdə keçiriləcək. Rusiya yığması qrup mərhələsində Belarus, Sloveniya və Cənubi Koreya ilə mübarizə aparacaq.