Bu gün Gürcüstanın paytaxtı Tbilisidə qadın voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsinin oyunları təşkil olunacaq.
B qrupunda ev sahibləri, Portuqaliya, Ukrayna və İsveçin mübarizə aparacağı görüşlərə Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman təyinat alıb.
O, mayın 14-16-da keçiriləcək matçlarda supervayzer funksiyasını yerinə yetirəcək.
B qrupunun oyunlarında həmçinin beynəlxalq dərəcəli hakimlərimiz Eldar Əliyevlə Eldar Zülfüqarov da iş başında olacaqlar. Onlar CEV-in Tbilisidə təyinat verdiyi 4 referidən ikisidir.
Ədalət təmsilçilərimiz Avropa çempionatında