Məşhur basketbolçudan gözlənilməz bir ilk

Məşhur basketbolçudan gözlənilməz bir ilk

“Lakers” basketbol klubunun hücumçusu Lebron Ceyms karyerasında ilk dəfə olaraq NBA-nın pley-off mərhələsində iki ardıcıl məğlubiyyətlə üzləşib. Onun komandası seriyanın dördüncü və beşinci oyunlarında “Finiks”ə uduzub. “Sanz” ilə beşinci görüş isə L.Ceyms üçün ilk raundda karyerasının 72-ci qarşılaşması olub. Beləliklə, 36 yaşlı amerikalı üçün ardıcıl olaraq iki məğlubiyyət olmadan ilk raundun 71 matçından ibarət seriya yarıda qalıb. Bildirək ki, bu göstərici 1975-ci ildən, liqanın seriyanın formatına 4 qələbəyə keçməsindən sonra NBA-da rekord göstəricidir.