Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirən cüdo üzrə Azərbaycan millisi Bakı toplanışını yekunlaşdırıb. Tatami ustalarımız son olimpiadaya hazırlıq prosesinin qalan mərhələsini Xorvatiyanın Poreç şəhərində keçəcək. Millimiz bunun üçün iyulun 1-dən Xorvatiyaya yola düşəcək. Poreç şəhərindəki beynəlxalq təlim-məşq toplanışı səkkiz gün davam edəcək.
Cüdoçularımız Xorvatiyaya yollanacaqlar